Türk ölkəsi Bakıdan pomidor idxalını dayandırdı



 15:43 20.01.2021     150

Qazaxıstan qəhvəyi qırış virusu (Tomato brown rugose fruit virus – ToBRFV) ilə əlaqədar Azərbaycandan pomidor idxalını qadağan edib.

Nexeber.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Qazaxıstan Kənd Təsərrüfatı Nazirliyi sözügedən virusun aşkarlanması ilə əlaqədar Azərbaycanda yetişdirilən pomidorların idxalına qadağa qoyulması barədə Rusiyanın sözügedən qurumunu məlumatlandırıb.

Pomidor idxalına yanvarın 16-da qadağa qoyulub.

Rusiya İdarəsinin qazaxıstanlı həmkarlarından aldığı məktuba əsasən, Azərbaycan tərəvəzləri 2 və 12 yanvar tarixlərində Qazaxıstana Azərbaycanın müvafiq idarəsi tərəfindən verilmiş fitosanitar sertifikatların müşayiəti ilə daxil olub.

Qeyd edək ki, Azərbaycanda bu sertifikatı AQTA verir.

Məsələ ilə bağlı AQTA-ya sorğu göndərilib.