FED 25 bənd üzrə uçot dərəcəsini artırdı
ABŞ-ın Federal Ehtiyatlar Sistemi (FED) 25 bənd üzrə uçot dərəcəsini artırıb.
Demedia.az xəbər verir ki, bu barədə təşkilatın press-relizində bildirilir.
Belə ki, FED-in Açıq Bazar Əməliyyatları üzrə Komitəsi federal fondlar üzrə faiz dərəcəsini 25 bənd üzrə qaldırıb.
İndi onun diapazonu illik 5-5,25% təşkil edir.
Sonuncu dəfə bu göstərici 2007-ci ildə 5%-dən yuxarı olub.