Qarabağ üçün əhəmiyyət kəsb edən yarımstansiyalar - VİDEO
Hadrut Qovşaq Yarımstansiyası və Regional tədris mərkəzi bir neçə yarımstansiya ilə əlaqəli olduğundan və coğrafi mövqeyi əlverişli sayıldığından Füzuli, Cəbrayıl və Şuşa şəhərinin elektrik enerjisi təminatında əlaqələndirici rola malikdir.
Demedia.az EL TV-yə istinadən xəbər verir ki, həmin ərazilərə elektrik enerjesini ötürməyə imkan yaradır. Hadrut qəsəbəsindəki regional tədris kompleksi isə Qarabağ ərazisində yaşıl enerji zonası üçün kadr potensialının hazırlanmasında böyük əhəmiyyat daşıyır.
Burada beynəlxalq tədbirlərin keçirilməsi də mümkün olacaq. Yaşıl enerji zonasının tələblərinə uyğun qurulan Füzuli Rəqəmsal Yarımstansiyası və İdarəetmə mərkəzi isə rəqəmsal həllərin tətbiqi baxımından əhəmiyyət kəsb edir. Füzuli Rəqəmsal Yarımstansiyası və İdarəetmə mərkəzinin ətraf yarımstansiyalar və yaşıl enerji zonasının paylayıcı şəbəkələri ilə bilavasitə əlaqələndirilirək müasir texnologiyalarla inteqrasiyası təmin edilib.