Füzuli Yaşayış Kompleksinin tikintisi davam etdirilir - VİDEO
Füzuli Yaşayış Kompleksinin tikintisi davam etdirilir.
Demedia.az EL TV-yə istinadən xəbər verir ki, ümumi sahəsi 8,9 hektar olan Füzuli yaşayış kompleksi 38 binadan ibarətdir. 4, 5, 6 ve 7 mərtəbəli binalarda ümumilikdə 846 mənzil olacaq.
Onların 318-i ikiotaqlı, 430-u üçotaqlı, 98-inin isə dördotaqlı olması nəzərdə tutulur. İkiotaqlı mənzillərin sahəsi 54-68 kvadratmetr, üçotaqlılar 71-109 kvadratmetr, dördotaqlı mənzillərin sahəsi isə 92-108 kvadratmetr təşkil edəcək. Bəzi binalarda dəmir-beton konstruksiyaların quraşdırılması işləri başa çatdırılıb. Digər binalarda isə eyni işlər yekunlaşmaq üzrədir. Qalan binalarda isə dəmir-beton konstruksiyaların quraşdırılması işi davam etdirilir. Bütün binalar lift va mərkəzləşdirilmiş qazanxana sistemi ilə təmin ediləcək. Yaşayış binaları ile yanaşı, ərazidə park, sosial-məişət obyektleri yeraltı va yerüstü avtodayanacaqlar, istirahət yerləri, uşaq oyun və idman meydançaları da istifadəyə veriləcək. Tikinti işlərinin bu ilin sonunadək başa çatdırılması planlaşdırılır.