Sabirabadda şəhərin yollarına asfalt örtüyü vurulur - VİDEO
Bu ayın əvvəlində Prezident İlham Əliyev “Sabirabad şəhərində avtomobil yollarının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında” sərəncamı imzaladı.
Demedia.az EL TV-yə istinadən xəbər verir ki, artıq həmin sərəncamın icrasına başlanılıb. Sabirabad şəhərində avtomobil yollarının əsaslı təmir olunması və vətəndaşların rahatlığının təmin edilməsi üçün işlər görülür.
Şəhərin Heydər Əliyev prospektinin yolları yenidən qurulur. Sabirabad şəhərində avtomobil yolları əsaslı təmir olunur. Əsaslı təmir işlərinin həyata keçirilməsi üçün bu ilin dövlət büdcəsində nəzərdə tutulan Prezidentin ehtiyat fondundan Avtomobil Yolları Dövlət Agentliyinə 2,9 milyon manat ayrılıb. Vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədilə ümumi uzunluğu 4,3 kilometr olan 2 hərəkət zolaqlı avtomobil yolunda əsaslı təmir işləri həyata keçirilir. Prospekt boyu köhnə asfalt-beton örtüyünün üst qatı yenisi ilə əvəzlənir və artıq 2 kilometrə yaxın hissəsdə asfaltlaşma işləri yekunlaşıb. Hərəkətin normal təşkili üçün yol nişanları və məlumatverici lövhələr quraşdırılacaq, yol cizgi və göstərici xətləri, həmçinin piyada keçidləri zolaqları çəkiləcək. Nəticədə, müasir yol infrastrukturu yaradılaraq vətəndaşların istifadəsinə veriləcək.