Xocavəndin işğaldan azad olunmuş Tuğ kəndində şirkət yaradıldı
Azərbaycanda 2020-ci ilin oktyabrında işğaldan azad edilmiş Tuğ kəndində ilk şirkət təsis edilib.
Nexener.az xəbər verir ki, bu, “Tuğ Agro Kəndli Fermer Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətidir.
Şirkət 2 dekabr 2020-ci ildə yaradılıb. O Xocavənd rayonu, Tuğ kəndində (AZ2800) dövlət qeydiyyatına alınıb, 100 manat nizamnamə kapitalına malikdir.
Şirkətə Hüseynov Nazim Əmiraslan oğlu qanunu təmsilçiliyi edəcək.