Qızıl ucuzlaşdı



 13:25 22.05.2023     336

Dünya bazarları ABŞ-ın Federal Ehtiyat Sisteminin (FED) pul siyasətini və ölkənin dövlət borcunun artması ilə bağlı perspektivləri qiymətləndirdiyi bir zamanda əmtəə birjalarında qızılın qiyməti aşağı düşüb.

Demedia.az birjalara istinadən xəbər verir ki, Nyu-Yorkun “Comex” birjasında qızılın iyun fyuçersləri 0,21 % və ya 4,25 ABŞ dolları ucuzlaşaraq 1 unsiyası 1 977,35 dollara satılıb. Gümüşün iyul fyuçerslərinin qiyməti isə 0,79 % düşərək 1 unsiyası 23,87 ABŞ dolları təşkil edib.

Qızılın qiyməti üçün əsas amillərdən biri FED-in uçot dərəcəsi olaraq qalır. İnvestorlar may iclasının protokollarından tənzimləyicinin məzənnə planları haqqında daha çox ipucu əldə etməyə ümid edirlər.