4289 hektar sahədən arpa biçiləcək - VİDEO
Bərdə rayonunda heyvan yemi üçün nəzərdə tutulan arpanın biçini aparılır.
Demedia.az EL TV-yə istinadən xəbər verir ki, təsərrüfatçılar builki məhsuldarlığı əlverişli hesab edirlər.
Fermer Qabil Mahmudov 3 hektar torpaq sahəsinin 33 faizini arpa üçün ayırıb. Hazırki məhsuldarlığı da qənaətbəxş hesab edir. Amma, zəmilərdə biçin aparan mexanizatorlar gündəlik yığım səviyyəsinin aşağı olduğunu bildirirlər. Bunun səbəbi isə arpa əkilən sahələrin biri-birindən aralı yerləşməsidir. Əgər sahələr yaxın olarsa, gün ərzində 30 hektara yaxın arpa sahəsini rahatlıqla biçib başa çatdırmaq mümkündür. Bərdə Dövlət Aqrar İnkişaf Mərkəzindən verilən məlumata görə, bu ilin məhsulu üçün rayaon ərazisində 4 mi hektardan artıq arpa əkilib. Biçin üçün texnika çatışmazlığının da olmadığı bildirilir. Biçin işlərinin bu ayın içərisində başa çatdırılması nəzərdə tutulur.