Neft bahalaşdı
Dünya bazarında neft qiymətləri ikigünlük azalmadan sonra çərşənbə günü səhər artıb.
Demedia.az xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” markalı neftin iyul fyuçersləri 0,54 % bahalaşaraq 1 bareli 76,31 ABŞ dollarına satılıb.
Nyu-York əmtəə birjasında WTI markalı neftin iyun fyuçerslərinin qiyməti isə 0,63 % artaraq 1 bareli 71,64 ABŞ dolları təşkil edib.