Türk lirəsi bir qədər də ucuzlaşdı
Bu gün türk lirəsi bir qədər də ucuzlaşaraq yeni rekorda imza atıb.
Demedia.az xəbər verir ki, TL/USD nisbəti gün ərzində 0,7 % azalaraq 27,22-yə düşüb, amma sonradan 27,16-ya qalxıb.
Türk lirəsini iqtisadi problemlər, Türkiyə Mərkəzi Bankının milli valyutanı dəstəkləmək üçün valyuta ehtiyatlarından istifadə etməmək qərarı, bank sektorunda tənzimləmənin yumşaldılması ucuzlaşdırıb.
Bundan əvvəl lirənin Rusiya rublu və Argentina pesosu ilə birlikdə dünyanın ən zəif valyutalarının ilk üçlüyünə daxil olduğu bildirilirdi.