Azərbaycan neftinin qiyməti 93 dolları ötdü



 15:06 02.09.2023     424

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,07 ABŞ dolları, yaxud 2,3 % artaraq 93,5 ABŞ dolları təşkil edib.

Bu barədə Demedia.az-a neft bazarındakı mənbə məlumat verib.

Dünən hərracların nəticələrinə görə, “Brent” markalı neftin oktyabr fyuçersləri 88,55 ABŞ dollarına satılıb.