Fermerlər sığorta olunmaqda nə qədər maraqlıdırlar? - VİDEO



 17:24 29.05.2021     438

Astara əsasən çayçılıq, sitrusçuluq üzrə ixtisaslaşmış rayondur.

Gələcəkdə zərər çəkməmək, yaxud da üzləşdikləri itkidən sığortalanmaq fermerlər üçün mühüm məsələdir. Ölkədə bitkilərin sığorta tarifləri iqlim və təbiət hadisələrinə uyğun olaraq nəzərə alınır və regionlar üzrə fərqlənir. Bütün hallarda fermer və ya maldar sığorta haqqının yalnız 50%-ni ödəyir, məbləğin yarısı isə dəstək üçün dövlət tərəfindən ödənilir.

Buna baxmayaraq, sığortalanmaq istəməyən təsərrüfat sahibləri az deyil. Onlar buna səbəb kimi sığorta şirkətlərinə etibar etmədiklərini göstərirlər. Bəziləri isə ümumiyyətlə sığortadan xəbərsizdirlər.