Rusiya Azərbaycanın daha 5 istehsalçısına qadağa qoydu



 11:53 22.01.2021     145

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti ("Rosselxoznadzor") Azərbaycanın daha 5 pomidor istehsalçısına ölkəyə məhsul ixracı ilə bağlı qadağa qoyub.

Nexeber.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, “Binə Aqro” QSC, “Aqro-Favorit”, “Agroterm” və “Xızı Aqropark” MMC-lər, eləcə də fiziki şəxs Vilayət Rüstəm oğlu Məmmədovun Rusiyaya pomidor idxalı qadağan olunub.

Buna səbəb məhsullarda aşkarlanan tomat güvəsidir.

Qeyd edək ki, Qazaxıstan 16 yanvardan Azərbaycandan idxal olunan pomidorlara qonur qırışıqlıq virusu səbəbindən qadağa qoyub.