Azərbaycan neftinin qiyməti 103 dollara yaxınlaşır



 12:05 28.09.2023     306

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 3,35 ABŞ dolları, yaxud 3,37 % artaraq 102,70 ABŞ dolları təşkil edib.

Bu barədə Demedia.az neft bazarındakı mənbə məlumat verib.

Dünən hərracların nəticələrinə görə, “Brent” markalı neftin noyabr fyuçersləri 97,41 ABŞ dollarına satılıb.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.