Neft Fondunun son bir ayda AÇQ və Şahdənizdən əldə etdiyi gəlir açıqlandı
Azərbaycan Respublikası Dövlət Neft Fondu 2021-ci ilin yanvar-may ayları ərzində Azəri-Çıraq-Günəşli və Şahdəniz yataqları üzrə ümumi 1 milyard 912,4 milyon ABŞ dollarına yaxın gəlir əldə edib.
Dövlət Neft Fondundan Nexeber.az-a verilən məlumata əsasən, bu dövrdə Azəri-Çıraq-Günəşli yatağından 1 milyard 850,2 milyon dollar həcmində gəlir əldə edilib.
Ötən ilin eyni dövrü ilə müqayisədə AÇQ üzrə əldə edilən gəlirlərin həcmi 6,8 faiz azalıb.
Həmçinin, yanvar-may ayları ərzində Şahdəniz qaz və kondensat yatağından əldə edilən gəlirin ümumi həcmi 63 milyon 176 min ABŞ dolları olub. 2020-ci ilin eyni dövrü ilə müqayisədə gəlir həcmi 47,3 faiz və ya 1,9 dəfə azalıb.
Şahdəniz yatağı üzrə kondensatın satışından 57,1 milyon ABŞ dolları gəlir əldə edilib. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,7 faiz çoxdur.
Şahdəniz yatağı üzrə qazın satışından isə 5,04 milyon ABŞ dolları gəlir əldə edilib və bu əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 13 dəfə azdır.
Qeyd edək ki, may ayı ərzində AÇQ üzrə 413,2 milyon ABŞ dolları, Şahdəniz yatağı üzrə isə 19,9 milyon ABŞ dolları həcmində gəlir əldə edilib.
Xatırladaq ki, 2020-ci yanvar-may ayları ərzində AÇG yatağından 1 milyard 986 milyon ABŞ dollar, Şahdəniz yatağı üzrə qazın satışından 66 milyon ABŞ dolları, kondensatın satışından isə 54 milyon ABŞ dolları gəlir əldə edilib.