Neft bahalaşmaqda davam edir



 10:33 03.06.2021     409

Dünya bazarında neft bahalaşıb.

Bu barədə RT məlumat yayıb.

Belə ki, WTI markalı neftin iyul fyuçersləri 0,55 faiz bahalaşıb və bir barelin qiyməti 69,21 ABŞ dolları təşkil edib.

“Brent” markalı neftin avqust fyuçersləri də 0,57 faiz bahalaşıb və bir bareli 71,76 dollara satılıb.