Daha bir neçə bank bağlana bilər - AÇIQLAMA



 17:00 24.10.2023     335

"Azərbaycanda bağlana biləcək bir neçə bank var”.

Demedia.az Qaynarinfo-ya istinadən xəbər verir ki, bunu iqtisadçı ekspert Əkrəm Həsənov deyib.

O, buna səbəb kimi həmin bankların problemlərin olmasını qeyd edib:

"Amma bu o demək deyil ki, həmin banklar mütləq bağlanacaq. Çünki ola bilər ki, bankın səhmdarları pul qoysunlar, əlavə vəsait tapıb yaranmış çətinliyi həll etsinlər. Əvvəllər belə banklar olub, hamı deyib bağlanacaq, amma sonradan problem həll edilib və bank fəaliyyətini davam etdirib”.

Əkrəm Həsənov hazırda insanlar arasında xof yaranmasına heç bir əsasın olmadığını bildirib:

"Bildiyim qədəri ilə vətəndaşların "Muğan Bank”da əmanətləri 99% sığortalıdır. Onu da Əmanətlərin Sığortalanması Fondu kompensasiya edəcək. Xof sahibkarlarda yaranıb. Onların pulları bir qayda olaraq bağlanan banklarda batır. Bu da Əmanətlərin Sığortalanması Fondunun qeyri-şəfaf, qanunsuz və bərbad fəaliyyətinin nəticəsidir. Çünki ləğvedici odur. Sahibkarlar da buna görə böyük banklara üz tuturlar”.