Bu yollarda sabah 17:00-dək hərəkət məhdudlaşdırılacaq
Bu gün saat 08:00-dan Bakının Nəsimi rayonunda - Alı Mustafayev küçəsi ilə Ceyhun Səlimov küçəsinin kəsişməsində yerləşən yolötürücüsündə, daha dəqiqi "20 Yanvar" dairəsindən Koroğlu metrosu istiqamətində yolötürücünün Ceyhun Səlimov küçəsi ilə kəsişməsindəki yolayrıcından ayrılan hissədən birinci tunelin girişinə qədər təmir işləri icra olunur.
Demedia.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin açıqlamasında bildirilib.
Qurum bəyan edib ki, sabah saat 17:00-a qədər davam edəcək təmir işləri ilə əlaqədar sözügedən hissədə avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.
"Sosial şəbəkələrdə də körpünün guya çökməsi ilə bağlı yayılan görüntülər məhz təmir işlərindəndir. Vətəndaşlardan xahiş edirik ki, yalnız rəsmi mənbələrdən verilən məlumatlara etimad etsinlər", - deyə açıqlamada qeyd olunub.