Azərbaycanda ucuz avtomobillər satışa çıxarılır:
21 dekabr tarixində Azərbaycanda bir neçə dövlət qurumunun balansında olan bəzi avtomobillər hərrac yolu ilə satışa çıxarılacaq.
Demedia.az xəbər verir ki, hərraca 40 nəqliyyat vasitəsi çıxarılıb.
Keçidə daxil olaraq həmin nəqliyyat vasitələrinin siyahısı ilə tanış ola bilərsiniz.
Qeyd edək ki, satışa çıxarılacaq avtomobillərin hərrac qiyməti min manatdan başlayır.
Xatırladaq ki, nəqliyyat vasitələri üzrə cərimə və məhdudiyyətlər ilə bağlı məsələlərin həlli balanssaxlayıcı təşkilatlar tərəfindən təmin olunmalıdır. Məlumatın dərc olunduğu gündən hərracda iştirak etmək üçün sifariş vermiş (əmlakın start qiymətinin 10%-i həcmində beh ödəmiş) şəxslərə satışa çıxarılan əmlak ilə qabaqcadan tanış olmaq imkanı balanssaxlayıcı təşkilat tərəfindən yaradılır.
Hərracda iştirak etmə qaydaları və nəqliyyat vasitələri haqqında məlumat əldə etmək üçün 012-311-01-60; (Daxili: 1707) telefon nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
Sifarişlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi 20) və yaxud e–emlak.gov.az elektron portalı vasitəsilə hərracın keçirilməsinə ən gec üç bank günü qalanadək qəbul olunacaqdır.