Azərbaycan nefti cüzi ucuzlaşdı



 11:43 06.12.2023     428

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,06 ABŞ dolları, yaxud 0,07 % azalaraq 82,62 ABŞ dolları təşkil edib.

Bu barədə Demedia.az-a neft bazarındakı mənbə məlumat verib.

Dünən hərracların nəticələrinə görə, “Brent” markalı neftin fevral fyuçersləri 77,22 ABŞ dolları təşkil edib.