XƏBƏRDARLIQ: 7,5 bal gücündə zəlzələ ehtimalı...
Türkiyənin dəyişməz gündəmi olan zəlzələlərlə bağlı hər gün ayrı-ayrı xəbərdarlıqlar gəlir.
Demedia.az Türkiyə mediasına istinadən xəbər verir ki, türkiyəli mütəxəssis, geoloq Naci Görür diqqətçəkən açıqlamalar verib.
Fevralın 6-na keçən gecə böyük fəlakətin yaşandığı 11 vilayətdən sonra bir müddət əvvəl Bursada baş verən zəlzələ hər kəsin diqqətini yenidən zəlzələ mütəxəssislərinə yönəldib.
Bazar ertəsi, dekabrın 4-də Mərmərə dənizinin Gəmlik körfəzində Bursa Mudanya sahillərində 5,1, daha sonra 4,5 və 3,5 bal gücündə zəlzələlər baş verib. Zəlzələlər Bursa, İstanbul, İzmir və Tekirdağ başda olmaqla bir çox vilayətdə hiss olunub.
Naci Görür Mudanya sahillərində zəlzələnin Şimali Anadolu fay xəttinin cənub qolunda baş verdiyini söyləyir. Böyük Mərmərə zəlzələsi eyni qırılma xəttinin şimal qolunda gözlənilir. Bu zəlzələ ilə bağlı proqnozların hələ də qüvvədə olduğunu vurğulayan Görürün sözlərinə görə, İstanbulda hər an zəlzələ olma ehtimalı 47 faizə yüksəlib.
17 avqust 1999-cu ildə Gölcük zəlzələsində Şimali Anadolu fay xətti qırılmışdı. Eyni fay xəttinin davamı qərbdə İstanbuldan keçir. İstanbul o vaxtdan bəri 7-7,5 bal gücündə zəlzələ riski ilə qaşı-qarşıyadır.
Naci Görür, Mərmərə bölgəsinin Kumburqaz və Adalar qırılmalarının zəlzələ yaradacağını bildirib.
Onun sözlərinə görə, Adalar fayının qırılması təqdirdə maksimum 7 bal, Kumburqaz fay xətti qırılması zamanı minimum 7,2, hər iki fay qırıldığı təqdirdə 7,5 bal gücündə zəlzələ olacağını proqnozlaşdırıb.
Yeni zəlzələ xəbərdarlığını da əlavə edən Görür, bu dəfə 18 əyalətə xəbərdarlıq edib.
Bəs hansı əyalətlər fay xəttindədir? Görür onları bir-bir adını çəkib: Əskişəhər, Dənizli, Muğla, Ərzincan, Kayseri, Tokat, Kahramanmaraş, Hatay, Kocaeli, Osmaniye, Bingöl, Konya, Ərzurum, Aydın, Balıkəsir, Burdur, Manisa, Hakkari.