Qeyri-adi bir kəşfə imza atıldı! Göldə 540 milyard dollar dəyərində "ağ qızıl" ehtiyatı aşkar edildi



 11:00 12.12.2023     244

ABŞ-da dünyanın ən böyük gölünün dibində alimlər tərəfindən rekord miqdarda litium ehtiyatı aşkar edilib.

Demedia.az xarici mənbəyə istinadən xəbər verir ki, Araşdırmalar nəticəsində gölün dibində rekord miqdarda, 18 milyon ton litium olduğu aşkar edilib. Əvvəlki araşdırmada alimlər bu rəqəmin 4 milyon ton olduğunu müəyyən edib.

Göldə aşkar edilən və "ağ qızıl" olaraq da bilinən nəhəng litium ehtiyatı sayəsində 382 milyon elektrikli avtomobil üçün akkumulyator istehsal edə bildiyi ifadə edilir. Tədqiqatın həmmüəllifi Riverside Universitetinin geokimya professoru Maykl MakKibben, "Bu, dünyanın ən böyük litium duzlu su yataqlarından biridir. Bu, ABŞ-nin özünü tamamilə litiumla təmin etməsinə və Çin vasitəsilə idxalı dayandırmasına şərait yarada bilər" deyib.

Digər tərəfdən, göldən litiumun çıxarılmasının təhlükələri də yoxdur. "SFGATE"ə görə, litiumun əldə edilməsi asan olmayacaq və "minlərlə metr dərinlikdən litium çıxarmaq üçün geotermal hasilat quyuları tələb olunacaq. Litium həll edildikdən sonra maye yerin altına göndəriləcək. Belə olan halda yaxınlıqda yaşayan 180 min insan qazma işlərinin təsirinə məruz qala bilər. Kolorado çayından gələn su təchizatı da prosesi başa çatdırmaq üçün lazım olan böyük miqdarda su səbəbindən zədələnə bilər.