Bahaçılıqla bağlı monitorinq aparmaq olar - Deputatdan təklif
Bahaçılığı idarə etmək və bununla bağlı monitorinq aparmaq olar.
Demedia.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Razi Nurullayev deyib.
Deputat bildirib ki, bununla bağlı ictimai dinləmələrin də keçirilməsi mümkündür: "Hazırda tikinti sektorunda balanslaşma yaranır. Bunun ərzaq məhsullarınını satışı ilə bağlı aparılması daha yaxşı olardı”.