Azərbaycan neftinin qiyməti 83 dolları keçib



 10:28 06.01.2024     413

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,75 ABŞ dolları, yaxud 3,4 % artaraq 83,45 ABŞ dolları təşkil edib.

Bu barədə Demedia.az-a neft bazarındakı mənbə məlumat verib.

Hərracların nəticələrinə görə, “Brent” markalı neftin mart fyuçerslərinin qiyməti 78,76 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.