Azərbaycan neftinin qiyməti 87 dollara yaxınlaşıb
Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.
Demedia.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,27 ABŞ dolları və ya 0,31% artaraq 86,60 ABŞ dollarına yüksəlib.
Xatırladaq ki, Azərbaycanın 2024-cü ilin dövlət büdcəsində neftin bir barelinin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.
“Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.