Bu gün geomaqnit qasırğası gözlənilir



 14:32 05.02.2024     191

Fevralın 1-də baş vermiş tac kütlə atılması və tac dəliklərindən çıxan müsbət qütblü, yüksək sürətli zərrəciklər selinin qarşılıqlı təsiri səbəbindən fevralın 5-də G1 (minor-mülayim) səviyyəli geomaqnit qasırğası gözlənilir.

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından Demedia.az -a verilən məlumatına görə, fevralın 6-da geomaqnit sahə qeyri-stabil, fevralın 7-dən etibarən sakit olacaq.