Yasamalda güzəştli mənzil sahibi olmaq istəyənlərin NƏZƏRİNƏ



 12:25 15.02.2022     191

Mənzil İnşaatı Dövlət Agentliyindən Nəxəbər.Az-a bildirilib ki, istifadəyə verilmiş internet səhifə hər kəs üçün Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsi barədə ətraflı məlumat əldə etmək imkanını təmin edir.

Səhifəyə daxil olan hər kəs 5 əsas bölmədən ibarət menyu vasitəsilə Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsində yerləşən güzəştli mənzillərin daxili və xarici perimetr üzrə sahələri, otaqlarının sayı, tikinti ərazisinin baş planı ilə tanış ola bilərlər.

İnternet səhifəsində həmçinin güzəştlə mənzil əldə etmək hüququna malik olan şəxslər, müraciət qaydası, mümkün ödəniş üsulları, MİDA ilə əməkdaşlıq edən agent banklar haqqında məlumatları əldə etmək üçün müvafiq səhifələrə keçidlər təqdim olunur.

Səhifənin “Mənzillər” bölməsi isə Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsində mənzillərin satışı ilə bağlı elan verildikdən sonra aktivləşdiriləcək. İstifadəçilər bu bölmədə hər bir mənzilin planı, sahəsi, interyer nümunəsi və təmir növü haqqında məlumat əldə edə biləcəklər.