Yol polisindən səs siqnalları ilə bağlı XƏBƏRDARLIQ



 23:45 16.02.2024     207

Baş Dövlət Yol Polisi İdarəsi səs siqnallarından istifadə qaydaları barədə xəbərdarlıq edib.

İdarədən Lent.az-a verilən xəbərə görə, bildirilir ki, son zamanlar paytaxt ərazisində bir çox hallarda səs siqnallarından yersiz istifadə olunması, digər hərəkət iştirakçılarının, eləcə də ətrafda yaşayan sakinlərin ciddi narazılığına və narahatlığına səbəb olur.

"Yol hərəkəti haqqında" Qanuna əsasən səs siqnallarından yalnız aşağıdakı hallarda istifadə oluna bilər:

1) yaşayış məntəqələrindən kənarda ötmə niyyəti haqqında başqa sürücüləri xəbərdar etmək üçün zəruri olan hallarda;

2) yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün.

Bu hallardan başqa, səs siqnallarından istifadə olunması İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsinə əsasən inzibati məsuliyyət yaradır.

Bir daha bütün sürücülərdən qanunda nəzərdə tutulan qaydalara ciddi riayət etmələrini xahiş edirik.