Azərbaycanda hava nəqliyyatı ilə yükdaşıma və sərnişindaşıma artıb
Bu ilin yanvar ayında Azərbaycanda hava nəqliyyatı ilə 31,3 min ton yük, 267,9 min sərnişin daşınıb.
"Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə 2,7 % və 47,1 % çoxdur.
Sərnişin daşımalarının 99,9 %-i dövlət, 0,1 %-i isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib.