Bakı ilə Paris arasında Cənub Qaz Dəhlizi müzakirə edildi
Azərbaycan və Fransa Cənub Qaz Dəhlizinin genişləndirilməsi məsələsini müzakirə edib.
Demedia.az xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov öz Tvitter hesabında yazıb.
"Fransanın Avropa və Xarici İşlər Nazirliyinin nümayəndələri və ENGIE-nin vitse-prezidenti Didye Ollo ilə Cənub Qaz Dəhlizinin genişləndirilməsi və Avropaya "yaşıl" enerjinin ixracı üzrə əməkdaşlığı müzakirə etdik", - nazir bildirib.
Xatırladaq ki, Cənub Qaz Dəhlizi ilə Azərbaycan qazının Avropaya nəqli 2020-ci il dekabrın 31-də başlayıb. Cənub Qaz Dəhlizinin Avropa hissəsi TAP vasitəsilə İtaliyaya illik 8 milyard, Yunanıstan və Bolqarıstanın hər birinə 1 milyard kubmetr qaz nəql olunacaq.
Bu günədək Avropaya TAP vasitəsilə nəql olunan Azərbaycan qazının həcmi 10,9 milyard kubmetrə çatıb.