Tanınmış aktyor vəfat etdi -FOTO



 16:30 06.03.2024     208

Türkiyəli aktyor Efe Deprem vəfat edib.

Demedia.az oxu.az-a istinadən xəbər verir ki, 41 yaşlı aktyor ötən gecə motosiklet qəzasında dünyasını dəyişib. Onun motosikleti baryerə çırpılıb. Aktyor xəstəxanaya aparılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Efe aktrisa Burcu Altınla evli idi. Onların bir övladı var.

Efe bir çox film və serialda rol alıb. O, "Seksenler"in "Zafer"i kimi tanınırdı.