Şəxsi təyyarə qəzaya uğradı: 4 nəfər ölüb
ABŞ-ın Virciniya ştatının Bath qraflığında şəxsi təyyarənin qəzaya uğraması nəticəsində 4 nəfər həlak olub.
Demedia.az xəbər verir ki, bu barədə yerli hava limanının nümayəndəsinə istinadən ABC telekanalı məlumat yayıb.
Televiziya şirkətinin məlumatına görə, insident yerli vaxtla saat 15:00-da baş verib.
Ştat polisi və Federal Aviasiya Administrasiyası qəza ilə bağlı araşdırma aparır.