Güclü külək nə vaxtadək davam edəcək?
Azərbaycanın rayonlarında martın 22-si səhərdən 24-ü gündüzədək bəzi yerlərdə hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı gözlənilir.
Demedia.az-a bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Naxçıvan MR, Qarabağ və Şərqi-Zəngəzur, Qazax-Gəncə, Mərkəzi Aran, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Lənkəran-Astara bölgəsində yağıntıların leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. 23-ü səhər və gündüz yağıntıda fasilə olacaq.
Qərb küləyi 23-ü gündüz ayrı-ayrı yerlərdə arabir 15-20 m/s-dək güclənəcək.
Bakıda və Abşeron yarımadasında martın 23-ü günün ikinci yarısından 24-ü səhərədək şimal-qərb küləyinin 15-18 m/s, 23-ü axşam yarımadanın bəzi yerlərində arabir 20-23 m/s-dək güclənəcəyi gözlənilir.
Martın 23-ü gecə bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var.