Qar yağdı, dolu düşdü - FAKTİKİ HAVA
Martın 31-i saat 09:00-a olan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Demedia.az -a verilən xəbərə görə, martın 31-i saat 09:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində hava şəraiti arabir yağıntılı olub, bəzi yerlərdə şimşək çaxıb, ayrı-ayrı yerlərdə leysan xarakterli olub, dağlıq rayonlarda qar yağıb.
Şimal-qərb küləyi bəzi yerlərdə arabir güclənib.
Qar örtüyünün hündürlüyü Şahdağda 47 sm, Qrızda 5 sm, Xınalıqda 3 sm olub.
Martın 30-da Gəncə şəhərinə axşam saatlarında diametri 8-10 mm, Daşkəsən rayonuna isə saat 19:03-19:04 radələrində diametri 13 mm olan dolu düşüb.
Martın 30-u gün ərzində şimal-qərb küləyi arabir Ağdamda 20 m/s, Göyçay, Zərdab, Tərtər, Naftalanda 18 m/s, Ceyrançöldə 17 m/s, Şəmkir, Gədəbəydə 16 m/s, Bakıda və Abşeron yarımadasında 20 m/s-dək güclənib.
Düşən yağıntının miqdarı Ağdamda 9 mm, İsmayıllı, Sabirabadda 8 mm, Qusarda 7 mm, Qrız, Qobustan, Bərdə, Neftçala, Şəki, Tərtər, Beyləqan, Şirvan, Biləsuvar, Yardımlı, Qax, Göygöl, Gəncə, Gədəbəy, Mingəçevir, Yevlax, Göyçay, Zərdab, İmişli, Kürdəmir, Quba, Balakən, Zaqatala, Şəmkir, Naftalan, Lənkəran, Astara, Cəlilabad, Daşkəsəndə 5 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 4 mm-dək olub.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 19 dərəcəyədək, Naxçıvan MR-da 19-24 dərəcə, Aran rayonlarında 26 dərəcəyədək, dağlıq rayonlarda 8-15 dərəcəyədək isti olub.