Azərbaycan neftinin qiyməti 110 dolları keçib



 10:54 14.04.2022     352

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,61 ABŞ dolları, yaxud 1,48 % artaraq 110,72 ABŞ dollarına çatıb.

Bu barədə Demedia.az-a neft bazarındakı mənbə məlumat verib.

Dünən “Brent” markalı neftin bir bareli 108,78 ABŞ dolları olub.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dolları götürülüb.