Bu ərazilərə qar yağır



 17:00 07.04.2024     272

Aprelin 7-si saat 14:30-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya XidmətindənDemedia.az-a verilən xəbərə görə, Milli Hidrometeorologiya Xidmətinin aprelin 7-si saat 14:30-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur.

Bakıda və Abşeron yarımadasında, Daşkəsən, Göygöl, Gəncə, Şəmkir, Tovuz, Balakən, Oğuz, Qəbələ, Zaqatala, Şəki, Qax, Qusar, Sabirabad, Cəfərxan, Hacıqabul, Neftçala, Biləsuvar, Yardımlıda yağış, Şahdağ, Xınalıqda qar yağır.

Cənub-şərq küləyi Naftalanda arabir 18 m/s-dək güclənib.