Neft ucuzlaşıb



 16:49 08.04.2024     357

Dünya bazarınada ötən həftə qiyməti ötən ilin oktyabr ayından bəri ən yüksək həddə çatmış neft bu gün yenidən ucuzlaşıb.

Demedia.az xəbər verir ki, bunu birjaların məlumatları göstərir.

Londonun “ICE Futures” birjasında “Brent” markalı neftin iyun fyuçerslərinin qiyməti 1,26 ABŞ dolları (1,38 %) aşağı düşüb və 1 barel üçün 89,91 ABŞ dolları təşkil edib.

Nyu-York əmtəə birjasında “WTI” markalı neftin may fyuçersləri 1,15 ABŞ dolları (1,32 %) ucuzlaşaraq 1 barel üçün 85,76 ABŞ dolları olub.