Faktiki hava açıqlanıb, dağlıq ərazilərə qar yağıb



 10:00 09.04.2024     238

Aprelin 9-da saat 9:00-a olan məlumata əsasən, ölkə ərazisində hava şəraiti arabir yağıntılı olub, dağlıq ərazilərdə qar yağıb.

Bu barədə Demedia.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, qar örtüyünün hündürlüyü Şahdağda 33 sm olub.

Düşən yağıntının miqdarı Beyləqanda 12 mm, Göyçay, Zərdab, İmişlidə 10 mm, Qrız, Yevlax, Sabirabad, Oğuz, Cəfərxan, Biləsuvar, Kürdəmir, Mingəçevir, Qəbələ, Lerik, Tərtər, Xaltan, Şəki, Naftalan, Qax, Ağdam, Ağstafa, Yardımlı, Altıağac, Quba, Ordubad, Neftçala, Şabran, Qusar, Lənkəran, Qobustan, Zaqatala, Balakən, Ceyrançöl, Tovuz, Gəncə, Şahbuz, Bərdə, Astara, Şamaxı, Şəmkir, Sədərək, Şərur, Naxçıvanda 7 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 3 mm-dək olub.

Daşkəsən, Şəmkir, Şəki, Qax, Göygöl, Şamaxı, Qrız, Neftçala, Yardımlı, Tərtər, Göyçay, Göygöl, Balakən, Qəbələ, Lerik, Sumqayıtda duman müşahidə olunub. Dumanda görünüş 200 metrədək məhdudlaşıb.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 13 dərəcəyədək, Naxçıvan MR-da 13 dərəcəyədək, Aran rayonlarında 15 dərəcəyədək, dağlıq rayonlarda 6 dərəcəyədək isti olub.