Liviyada etirazçılar neft hasilatını dayandırdılar
Liviyada baş nazir Abdel Hamid Dbeibanın istefasını tələb edən etirazçılar El Fil neft yatağının qarşısını kəsiblər.
Demedia.az bildirir ki, bu barədə Bloomberg hazırda həmin məkanda vəziyyətlə tanış olan mənbəyə istinadən xəbər verir.
Agentliyin həmsöhbətinin sözlərinə görə, etirazçılar yatağa toplaşdıqdan sonra orada neft hasilatı dayandırılıb. Həmçinin, El Filadan ixrac dayandırılıb. Qeyd olunur ki, adətən bu yataqdan gündə təxminən 65 min barel neft hasil edilir.