Çempionlar Liqası: "Qarabağ" mübarizəyə II təsnifat mərhələsindən başlayacaq



 10:08 02.06.2024     263

"Qarabağ" 2024/2025 mövsümündə UEFA Çempionlar Liqasında mübarizəyə II təsnifat mərhələsindən başlayacaq.

Demedia.az-ın məlumatına görə, İspaniya təmsilçisi "Real"ın turnirin qalibi olması Azərbaycan çempionunun işinə yarayıb.

"Köhlən atlar"la yanaşı Macarıstanın "Ferentsvaroş" kollektivi də bir mərhələdən azad olacaq.

Hər 2 komanda səpələnməmişlər səpətində yer alacaq.

Bu raundun püşkü iyunun 19-da atılacaq. II təsnifat mərhələsinin ilk oyunları 23-24 iyulda, cavab qarşılaşmaları 30-31 iyulda gerçəkləşəcək.