Azərbaycanda bu məhsul aybaay BAHALAŞIR - VİDEO



 11:19 21.04.2022     192

Gündəlik tələbat məhsulları arasında əsas yer tutan qida məhsullarından biri də yağdır. Hazırda marketlərdə duru yağ əvvəlki qiymətlə müqayisədə xeyli fərqlə baha satılır. Vətəndaşlar deyir ki, qiymət artımı son günlər daha çox hiss olunur. Əvvəllər 5-10 qəpik bahalaşırdısa indi 2-3 manat qiymət artımı var.

Demedia.az xəbər verir ki, satıcılar da duru yağın qiymətinin 15-20 faiz bahalaşdığını təsdiq edib. Bahalaşmanın səbəbinin isə Rusiya və Ukrayna arasında baş verənlərlə əlaqələndiriblər.

Məsələ ilə əlaqədar iqtisadçı ekspert Eldəniz Əmirov "Xəzər Xəbər"ə bildirib ki, 2022-ci ildə gündəlik tələbat məhsullarının qiymətlərinin bahalaşması ehtimalı yüksək idi. Bitki yağları infilyasiyaya daha çox reaksiya verən ərzaq məhsullarıdır.

Ekspert onu da qeyd etdi ki, bu yağı bizə ixrac edən ölkələrə tətbiq edilmiş məhdudiyyətlər və istehsal zəncirində yaranmış fasilələr, duru yağın bizim mağazalarda da bahalaşmasını qaçılmaz edir. Bundan əlavə ölkəmizdə bu sahədə yerli rəqabət mühitinin olmaması da qiymət artımına təsir edən məqamlardan biridir.