Türkiyədə zəlzələ oldu



 10:50 25.06.2024     2337

Türkiyənin qərbində 5,0 bal gücündə zəlzələ baş verib.

Demedia.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin saytında məlumat verilib.

Yeraltı təkanlar iyunun 25-nə keçən gecə qeydə alınıb. Mərkəzdən verilən məlumata görə, yeraltı təkanların episentri 238 min əhalisi olan Balıkesir şəhərindən 45 kilometr cənub-qərbdə olub. Epidemiya 10 kilometr dərinlikdə olub. Tələfat və dağıntılar barədə məlumat yoxdur.