4 mindən çox müəllimin müqaviləsinə xitam verildi
Sertfikasiya imtahanlarının nəticələrinə uyğun olaraq 4 mindən çox iptidai sinif müəllimi ilə imzalanmış müqaviləyə xitam verilib.
Demedia.az xəbər verir ki, bu sözləri Axar.az-a Kamran Əsədov sertfikasiya imtahanlarının yekunu ilə bağlı danışarkən deyib.
O bildirib ki, riyaziyyat və ingilis dili ilə bağlı keçirilən imtahanların nəticələri isə gözləniləndən daha yuxarıdır:
“Diaqnostik imtahandan sonra gözlənilirdi ki, riyaziyyat və ingilis dilindən kəsilmələrin sayı digər fənlərlə müqayisədə daha çox olacaq. Amma əksinə, kifayət qədər müəllim maksimum bal topladı. Ümumilikdə sertfikasiya imtahanının gedişini qənaətbəxş hesab edirik. İmtahanlarda 51-dən yuxarı bal toplayan müəllimlər 35 faiz, 30-50 arası toplayanlar isə 10 faiz əlavə əmək haqqı alacaqlar”.