Küləkli hava nə qədər davam edəcək?



 13:15 26.06.2024     242

Müşahidə olunan küləkli hava şəraiti ilə bağlı son durum açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Demedia.az -a verilən xəbərə görə, öncədən bildirilən narıncı xəbərdarlığa uyğun olaraq küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 22 m/s, Daşkəsəndə 28 m/s-dir. İsmayıllı, Qəbələ, Şəki, Naftalan, Zaqatala, Göygöldə isə sarı xəbərdarlığa uyğun olaraq küləyin maksimal sürəti 18 m/s təşkil edir. Ölkə ərazisində müşahidə olunan küləkli hava şəraiti iyunun 27-si səhərədək davam edəcək.