Azərbaycanda baş verən 5 ballıq zəlzələ anından görüntülər -VİDEO



 12:15 28.06.2024     277

Bu gün səhər Azərbaycanın cənub bölgəsində 5 maqnitudalı zəlzələ olub.

BAKU.WS xəbər verir ki, zəlzələ anının görüntüləri sosial şəbəkələrdə yayılıb.

Xatırladaq ki, qeydə alınmış zəlzələ altı rayonda 4 bal gücündə hiss olunub.

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən Lerik stansiyasından 27 km şərqdə Lerik rayonunda zəlzələ qeydə alınmışdır. Zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda Lerik, Lənkəran, Astara, Yardımlı, Masallı, Cəlilabad rayonlarında 4 bal, digər rayonlarda 3 bal gücündə hiss olunmuşdur.