Azərbaycan nefti ucuzlaşdı



 09:00 29.06.2024     331

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,35 ABŞ dolları, yaxud 0,39 % azalaraq 88,65 ABŞ dolları təşkil edib.

Demedia.az  xəbər verir ki, hərracların nəticələrinə görə, “Brent” markalı neftin avqust fyuçerslərinin qiyməti 86,41 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 75 ABŞ dollarından hesablanıb.