Qeyri-sabit hava şəraiti nə qədər davam edəcək? - PROQNOZ



 18:00 29.06.2024     331

Azərbaycanda faktiki hava şəraiti açıqlanıb 

Milli Hidrometeorologiya Xidmətindən Demedia.az -a bildirilib ki, əvvəlcədən xəbər verildiyi kimi bəzi dağlıq və dağətəyi ərazilərdə qeyri-sabit hava şəraiti davam edir.

İyunun 29-u saat 16:00-a olan məlumatına əsasən Daşkəsən, Gədəbəy, Göygöl, Balakən, Zaqatala, Yardımlıda arabir yağış yağıb. 

Sinoptiklərin tərəfindən öncədən verilən narıncı xəbərdarlığa uyğun olaraq küləyin maksimal sürəti Goranboyda 23 m/s, Naftalanda 22 m/s təşkil edir.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 30, Naxçıvan MR-da 30, Aran rayonlarında 30, dağlıq rayonlarda 19 dərəcəyədək isti olub.

Bəzi dağlıq və dağətəyi ərazilərdə müşahidə olunan yağıntılı hava şəraitinin iyulun 1-i axşamadək davam edəcəyi, şərq küləyinin bəzi yerlərdə arabir güclənəcəyi gözlənilir.