Azərbaycanda küləklə bağlı sarı xəbərdarlıq edildi



 13:00 10.07.2024     404

İyulun 11-də ölkə ərazisində gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.

Demedia.az  xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, sarı xəbərdarlığa uyğun olaraq Bakıda və Abşeron yarımadasında, Culfa, Ordubad, Şəki, Gəncə, Şəmkir, Samux, Ağdam, Naftalan, Goranboy, Mingəçevir, Tərtər, Bərdə, Yevlax, Salyan, Biləsuvar, Neftçala, Cəlilabadda şimal-qərb küləyi əsəcək və küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.