Sərt istilər başlayır: 7 şəhərdə "Qırmızı" xəbərdarlıq



 21:00 10.07.2024     333

İtaliyada Afrikadan qaynaqlanan yüksək temperaturun sabahdan etibarən ölkə daxilində 10 gün davam edəcəyi gözlənilir.

Demedia.az xəbər verir ki, Səhiyyə Nazirliyi sabahdan etibarən başlayacaq istilərlə əlaqədar paytaxt Roma, Kampobasso, Frozinone, Latina, Perugia, Rieti və Triest daxil olmaqla 7 şəhər üçün "qırmızı" xəbərdarlıq elan edib.

Məlumatda bildirilib ki, sözügedən xəbərdarlıq təkcə zəif və həssas insanları deyil, hər kəsi əhatə edir.Yüksək temperaturun sabahdan etibarən 10 gün ərzində ölkəni cənginə alacağı bildirilir. Qeyd edilib ki, Siciliya və Sardiniya adalarında həddindən artıq isti hava şəraitinin 43 dərəcəyə çatacağı gözlənilir