Ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunub - FAKTİKİ HAVA
Azərbaycanda müşahidə edilən faktiki hava şəraiti açıqlanıb.
Demedia.az bildirir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, iyulun 21-i saat 11:00-a olan məlumata əsasən, ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunub.
Ayrı-ayrı yerlərdə leysan xarakterli yağış yağıb, şimşək çaxıb.
Düşən yağıntının miqdarı Naxçıvanda 12, Şərurda 10, Göygöldə 9, Gədəbəydə 8, Qrız, Şahdağ, Culfada 7, Daşkəsəndə 6, Ordubadda 5, Xaltan, İsmayıllı, Şahbuzda 4, Qax (Sarıbaş), Xınalıq, Altıağac, Sədərək, Yardımlı, Lənkəran, Şamaxı, Quba, Qusar, Bərdə, Tərtər, Yevlax, Göyçay, Astara, İmişli, Sabirabad, Neftçala, Biləsuvar, Xaçmaz, Şabran, Tovuz, Ağdam, Balakən, Zaqatala, Şəki, Qobustan, Gəncə, Naftalanda 3 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 1 mm-dək olub.
Lerik, Daşkəsən, Şahdağ, Qrız, Balakəndə duman müşahidə olunub.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 35, Naxçıvan MR-da 35, Aran rayonlarında 36, dağlıq rayonlarda isə 21 dərəcəyədək isti olub.